Almaniya, İsrail, Qəzza, humanitar yardım, Yohann Vadeful, qış mövsümü, Anadolu agentliyi, Fələstin
Dünya

Almaniya İsraili Qəzzaya daha çox humanitar yardım buraxmağa çağırdı

Almaniya Qəzzada ağırlaşan humanitar vəziyyət və yaxınlaşan qış mövsümü ilə əlaqədar İsraili bölgəyə daha çox yardımın çatdırılmasına şərait yaratmağa çağırıb.

Bugun.tv xəbər verir ki, bu barədə “Anadolu” agentliyi noyabrın 16-da məlumat yayıb.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü ərəfəsində jurnalistlərə açıqlamasında Qəzzada yağışlı və fırtınalı qış aylarının yaxınlaşmasının narahatlıq doğurduğunu bildirib. O, humanitar vəziyyətin daha da pisləşməməsi üçün bölgəyə əhəmiyyətli dərəcədə çox yardımın çatdırılmasının vacibliyini vurğulayıb.

Nazirin sözlərinə görə, Almaniya bir neçə ay əvvəl yük maşınları ilə daşınan malların həcmini artırmaq məqsədilə İsrailə xüsusi yük skanerləri təqdim edib. Lakin avadanlıqların istifadəyə verilməsi müəyyən müddət gözləməli olub.

Vadeful İsrailin təhlükəsizlik kabinetinin həmin skanerlərdən bu həftədən istifadə etməyə başlamaq barədə qərarını müsbət qiymətləndirib. O, bu addımın Qəzzaya daxil olan malların və humanitar yüklərin həcmini əhəmiyyətli dərəcədə artıracağına ümid etdiyini bildirib.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

“Kenquru qayğısı” vaxtından əvvəl doğulan körpələrin sağ qalmasına kömək edir

Aynur Camal

Putin, Tramp və Si Cinpin Şençjendə ilk üçtərəfli görüşlərini keçirəcəklər

Aynur Camal

Karbon qazının tutulmasını sürətləndirməyin torpağa faydası

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu