Image default
Baş xəbər

Anar İsgəndərov: Həsən bəy Zərdabi ilə başlanan Milli Mətbuatımız

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Anar İsgəndərov 22 İyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edərək Həsən bəy Zərdabinin Azərbaycan milli mətbuatının və milli düşüncəsinin formalaşmasındakı tarixi rolundan bəhs edib.

Deputat bildirib ki, sovet dövründə Həsən bəy Zərdabinin fəaliyyəti tam şəkildə öyrədilməyib və onun zəngin irsi əsasən yalnız “Əkinçi” qəzeti ilə məhdudlaşdırılıb. Anar İsgəndərovun sözlərinə görə, Zərdabi təkcə jurnalist deyil, həm də Azərbaycan tarixində milli azadlıq ideyalarının, maarifçiliyin və vətənpərvərliyin öncüllərindən biri olub.

Deputat qeyd edib ki, Həsən bəy Zərdabi xalqın maariflənməsi naminə ömrünü təhsilə, milli şüurun inkişafına və ana dilində mətbuatın yaradılmasına həsr edib. O, “Əkinçi” qəzeti vasitəsilə cəmiyyətin problemlərini gündəmə gətirib, milli maraqları müdafiə edib və ermənilərin torpaq iddialarına qarşı ilk etirazları mətbuat səhifələrində işıqlandırıb.

Anar İsgəndərov vurğulayıb ki, Həsən bəy heç vaxt şəxsi mənafeyini düşünməyib, çətinliklərə baxmayaraq xalqına xidmət yolundan dönməyib. Onun sözlərinə görə, Zərdabinin idealları bu gün müstəqil Azərbaycanda yaşayır və milli mətbuat dövlətçiliyin, informasiya təhlükəsizliyinin və milli maraqların qorunmasında mühüm rol oynayır.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin milli mətbuatın 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam Həsən bəy Zərdabinin xidmətlərinə verilən yüksək qiymətin göstəricisidir.

Sonda Anar İsgəndərov bütün jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək onlara peşə fəaliyyətində uğurlar arzulayıb.

Mənbə: QaynarXett

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi yayılan iddialarla bağlı rəsmi açıqlama verdi

Aynur Camal

Ceyhun Məmmədov: Peşəkar və məsuliyyətli jurnalistika dövlətimizin inkişafının mühüm dayaqlarındandır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu