Dünya

Ankara NATO sammitindən əvvəl Makron üçün qaçış marşrutu axtarır

Fransa Prezidenti Emmanuel Macronun növbəti ayın 7-8-də Ankarada keçiriləcək NATO sammiti zamanı ənənəvi səhər qaçışını davam etdirməsi üçün xüsusi marşrutlar müəyyən edilib.

Bugun.tv xəbər verir ki, Türkiyə rəsmiləri Makronun xarici səfərləri zamanı səhər idmanını qaçırmaması üçün paytaxtdakı Botanika Parkını əsas seçim kimi hazırlayıblar.

Alternativ marşrutlar arasında Dikmən Vadisi və Eymir gölü ətrafı da nəzərdən keçirilib.

Makron son illərdə Keniya, Ermənistan və Misirə səfərləri zamanı da səhər qaçışları ilə diqqət çəkib. Sosial şəbəkələrdə isə Fransa liderinin Ankarada harada qaçmalı olduğu ilə bağlı müzakirələr aparılır.

Ankarada keçiriləcək NATO sammitinə alyansın 32 üzv ölkəsinin liderlərinin qatılması gözlənilir. Türkiyə 2004-cü ildə İstanbulda keçirilən toplantıdan sonra ikinci dəfə NATO sammitinə ev sahibliyi edəcək.

Mənbə: HurriyetNews

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu