Maraqlı faktlar

Antarktidada tapılan kəhrəba alimləri təəccübləndirdi: “Bir vaxtlar yaşıllıqla örtülü olub”

Bugun.tv xəbər verir ki, alimlər Antarktica ərazisində aşkarlanan ilk kəhrəba nümunəsinin qitənin milyonlarla il əvvəl tamamilə fərqli iqlimə malik olduğunu göstərdiyini açıqlayıblar.

Tədqiqatçılar Qərbi Antarktika buz örtüyünün altındakı okean dibində xüsusi robot qazma sistemi vasitəsilə nümunələr götürüblər. Araşdırma zamanı tapılan kəhrəbanın Antarktidada indiyədək aşkar edilmiş ilk belə nümunə olduğu bildirilib.

Alimlərin sözlərinə görə, kəhrəba yalnız isti və rütubətli iqlimdə yetişən, qatran ifraz edən ağacların olduğu ərazilərdə formalaşır. Bu isə Antarktidanın bir zamanlar tropik yağış meşələri ilə örtülü olduğunu göstərən mühüm sübut hesab edilir.

Araşdırmaya əsasən, təxminən 90 milyon il əvvəl Yer “sera iqlimi” dövrünü yaşayırdı və atmosferdə karbon qazının səviyyəsi olduqca yüksək idi. Həmin dövrdə qütb bölgələrində belə sıx meşələrin və bataqlıq ekosistemlərinin mövcud olduğu ehtimal edilir.

Mütəxəssislər bildirirlər ki, hazırda buzlaqlarla örtülü olan Antarktika keçmişdə çay sistemləri, bataqlıq meşələri və zəngin bitki örtüyü ilə seçilən yaşıl bir qitə olub.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

NASA Ay missiyası üçün yeni texnologiyanı sınaqdan keçirdi

Aynur Camal

Alimlər ipəkdən 6G rabitəsi üçün yeni material hazırlayıblar

Aynur Camal

Ustalar görsə təəccüblənər: 3D printerlə ev tikdilər – nəticə diqqət çəkdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu