Çay, kofe, qəhvə,
Baş xəbərMaraqlı faktlar

Araşdırma: Çox kofein qəbul edənlər daha az, amma daha dərin yata bilər

Bugun.tv xəbər verir ki, yeni araşdırma gündə dörd və daha çox kofeinli içki qəbul edən insanların digər şəxslərlə müqayisədə gecə daha az yatdığını, lakin yuxularının daha dərin ola bildiyini göstərib.

Alimlər Britaniya Biobankının məlumatlarından və İsveçrənin HypnoLaus tədqiqatında iştirak edən 1 702 nəfərin yuxu göstəricilərindən istifadə ediblər. Araşdırmada səbəb-nəticə əlaqələrini qiymətləndirmək üçün genetik fərqlərdən yararlanan Mendel randomizasiyası metodundan tətbiq olunub.

kofein, qəhvə, yuxu, dərin yuxu, kofeinin təsiri, yuxusuzluq, yavaş dalğalı yuxu, yeni araşdırma

Nəticələr yüksək kofein qəbulunun ümumi yuxu müddətini azaltdığını göstərib. Statistik hesablamalarda fərq 11 dəqiqədən 229 dəqiqəyədək dəyişsə də, tədqiqat müəllifləri ən yüksək göstəricilərin statistik qeyri-müəyyənlik səbəbindən real hesab edilməməli olduğunu bildiriblər. Daha etibarlı qiymətləndirməyə əsasən, yuxu müddəti gecə ərzində təxminən 11–13 dəqiqə azalır.

Maraqlıdır ki, yuxunun müddəti qısalsa da, yavaş dalğalı, dərin yuxunun intensivliyi artır. Bu göstərici delta dalğalarının fəaliyyəti ilə əlaqələndirilir. Alimlər hesab edir ki, orqanizm yuxu müddətindəki azalmanı müəyyən dərəcədə daha dərin yuxu ilə kompensasiya edə bilər.

kofein, qəhvə, yuxu, dərin yuxu, kofeinin təsiri, yuxusuzluq, yavaş dalğalı yuxu, yeni araşdırma

Bununla belə, tədqiqat kofeinin yuxu üçün faydalı olduğunu sübut etmir. Müəlliflər yalnız yüksək kofein qəbulunun yuxunun quruluşunu dəyişdirdiyini və orqanizmin müəyyən uyğunlaşma mexanizmlərindən istifadə edə biləcəyini qeyd edirlər.

kofein, qəhvə, yuxu, dərin yuxu, kofeinin təsiri, yuxusuzluq, yavaş dalğalı yuxu, yeni araşdırma

Mənbə: PsyPost

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Aynur Camal

İsveçrədə qoyun yunundan istifadə etməklə buzlaqların əriməsinin qarşısını almağa çalışırlar

Aynur Camal

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu