sağlam həyat
Maraqlı faktlar

Araşdırma: Orta yaşda fiziki aktivlik ömrü uzada bilər

Bugun.tv xəbər verir ki, orta yaş dövründə yaxşı fiziki formada olmaq daha uzun və sağlam həyatla əlaqələndirilir.

“The Washington Post”un yaydığı məlumata görə, ABŞ-də aparılan yeni araşdırmada təxminən 25 min insanın məlumatları analiz olunub. Tədqiqat zamanı iştirakçıların orta yaş dövründə fiziki hazırlıq səviyyəsi ilə sonrakı illərdə sağlamlıq vəziyyəti müqayisə edilib.

Araşdırma nəticəsində məlum olub ki, daha yaxşı fiziki formada olan şəxslərdə ciddi xəstəliklər orta hesabla 1,5 il daha gec ortaya çıxıb. Eyni zamanda həmin insanların digərlərinə nisbətən təxminən iki il daha uzun yaşadığı müəyyən edilib.

Mütəxəssislər bildirirlər ki, hətta gündəlik sürətli gəzinti kimi orta səviyyəli fiziki fəaliyyət də uzunmüddətli sağlamlıq üçün faydalıdır. Araşdırma müəllifləri sağlam həyat üçün aktiv həyat tərzinin vacibliyini vurğulayıblar.

Mənbə: Washington Post

Aynur Camal

Oxşar xəbərlər

Yağış damcılarının səsi düyü toxumlarının daha tez cücərməsinə kömək edir

Aynur Camal

Narıncı pişiklərin rənginin sirri 60 ildən sonra açıldı

Aynur Camal

Bitkilər susuz qalanda səs çıxarır: Alimlər maraqlı kəşfə imza atdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu