18 C
Baku
2 Dekabr 2023, 16:36
Baş xəbərİqtisadiyyat

Avropanın qaz ehtiyatları 97 faizə yaxınlaşır

Bugun.tv xəbər verir ki, Avropanın qaz ehtiyatları 97 faizə yaxınlaşır və oktyabrın ortalarında rekord həcmə çatacağı gözlənilir.

AZƏRTAC “Gas Infrastructure Europe” assosiasiyasına istinadla xəbər verir ki, oktyabrın 7-də Avropa İttifaqı ölkələrinin yeraltı anbarlarından qaz çıxarılması sutkada 25 milyon kubmetr, anbarlara qaz vurulması isə 213 milyon kubmetr təşkil edib.

Avropanın yeraltı qaz anbarları 96,87 faiz dolub ki, bu da son beş ildə qeydə alınan orta göstəricidən 8,34 faiz çoxdur. Hazırda anbarlarda 106,52 milyard kubmetr qaz var. Avropa ölkələri isitmə mövsümü üçün anbarların 90 faiz doldurulması məqsədinə hələ avqust ayının ortalarında çatıb. Halbuki Avropa İttifaqı bu göstəriciyə yalnız noyabr ayında nail olacağını düşünürdü.

Qeyd edək ki, elektrik istehsalında külək generasiyasının payının artmasına baxmayaraq, hazırda Avropa birjasında mavi yanacağın min kubmetrinin qiyməti 415 dollar təşkil edir. “Qazprom” Ukrayna ərazisindən tranzitlə Avropaya sutkada 40,1 milyon kubmetr qaz satır.

 

Müxbir: İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu