2 C
Baku
8 Fevral 2023, 17:02
Baş xəbər

Bəzi çimərliklərdə aparılan monitorinq nəticələri məlum olub

Bugün.tv Səhiyyə Nazirliyinə əsasən məlumat verir ki, respublika ərazisində yerləşən çimərliklərin 2022-ci ilin yay mövsümünə hazırlıq vəziyyətinə nəzarət məqsədilə Lənkəran şəhəri və Xaçmaz rayonu ərazisində yerləşən rekreasiya zonalarının sanitariya vəziyyətinin müayinəsi, dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.

Lənkəranın Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi ərazilərində və həmin ərazilərin sanitariya mühafizə zonalarında aparılan laboratoriya müayinələri nəticəsində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin normadan dəfələrlə yüksək olması halları aşkar edilib. Həmçinin Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazisində aparılmış monitorinqlər zamanı dəniz suyunun laboratoriya müayinə nəticələrində bakterioloji çirklənmə göstəricilərinin normadan çox olması müəyyən olunub.

Qeyd olunanlarla əlaqədar, mövcud vəziyyətin əhali arasında yoluxucu xəstəliklərin baş verib, yayılması üçün təhlükə yaratdığını nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa istinadən Lənkəran rayonunun Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi həmçinin, Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazilərində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimməyin qadağan olunması barədə Qərarları qüvvədə saxlanılıb.

 

 

 

Oxşar xəbərlər

Nəsimi rayonunda qaz sızması olub, sakinlər təxliyyə edilib – FOTO

Bugün TV

Yanvarın 18-də gözlənilən hava şəraiti

Aynur Camal

Zelinska: “Ağdam regionun iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilə bilər”

Aynur Camal

Şərh yazın