Dünya

Balaca heyvan pişiyin belinə yapışdı – onu anası hesab etdiyi güman edilir

Bugun.tv xəbər verir ki, Avstraliyada balaca uçan kisəli heyvanın pişiyin belinə yapışdığı qeyri-adi hadisə baş verib.

“Wildlife Warriors Worldwide” təşkilatının yaydığı məlumata görə, “Fleetfoot” adlı balaca tüklüquyruq uçan kisəli heyvan pişiyin belinə çıxıb. Mütəxəssislər onun böyük ehtimalla pişiyi öz anası ilə səhv saldığını bildiriblər.

Balaca heyvanın pişiyin üzərində hərəkət etdiyi görüntülərdən sonra o, xilas edilərək Avstraliya Zooparkının Vəhşi Təbiət Xəstəxanasına aparılıb. Daha sonra isə xüsusi vəhşi heyvanlara qulluq mərkəzinə yerləşdirilib.

Mütəxəssislər bildirirlər ki, belə balaca heyvanlar yaşayış məkanlarının parçalanması səbəbindən insan məskənlərinə və ev heyvanlarına daha yaxın ərazilərdə görünə bilirlər.

Hazırda heyvanın xüsusi qayğı altında olduğu və kifayət qədər gücləndikdən sonra təbiətə qaytarılmasının planlaşdırıldığı bildirilib.

 

Mənbə: The Cool Down

Aynur Camal

Oxşar xəbərlər

Ayılar evlərə girməyi öyrənir: mütəxəssis gələn il vəziyyətin çətinləşə biləcəyini deyir

Aynur Camal

Ukrayna Rusiyaya 1200-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum etdi

Aynur Camal

Payız yarpaqlarının rəngini nə müəyyən edir? Alimlər yeni amili üzə çıxarıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu