Maraqlı faktlar

Bir qədəh şərabı əvəz edə bilən çaylar açıqlanıb

Bugun.tv xəbər verir ki, mütəxəssislər bəzi çay növlərinin dad və aroma xüsusiyyətlərinə görə bir qədəh şərabın yaratdığı zövqü qismən əvəz edə biləcəyini bildiriblər.

Onların sözlərinə görə, xüsusilə fermentləşdirilmiş və mürəkkəb dad çalarlarına malik çaylar bu baxımdan seçilir. Bunlara pu-erh, ulun (oolong), hibiskus və bəzi yüksək keyfiyyətli qara çay növləri daxildir. Bu içkilər zəngin aroması, meyvə notları və uzunmüddətli dad hissi ilə diqqət çəkir.

Mütəxəssislər qeyd edirlər ki, insanlar bəzən alkoqollu içkiləri təkcə təsirinə görə deyil, həm də dad və içmə ritualına görə seçirlər. Məhz buna görə də xüsusi dəmlənən çaylar rahatlıq hissi yarada və axşam istirahəti zamanı alternativ seçim kimi istifadə oluna bilər.

Araşdırmalara görə, pu-erh çayı torpaq və ağac çalarları ilə seçilir, ulun çayı isə meyvə və çiçək notlarını özündə birləşdirir. Hibiskus çayı isə yüngül turşməzə dadı və qırmızı rəngi ilə bəzi qırmızı şərab növlərini xatırlada bilir.

Dietoloqlar vurğulayırlar ki, çay alkoqollu içkilərin təsirini əvəz etmir, lakin sağlam həyat tərzi seçən və ya alkoqol qəbulunu azaltmaq istəyən insanlar üçün maraqlı alternativ ola bilər. Bundan əlavə, çayların tərkibində antioksidant maddələr olduğundan onların orqanizm üçün əlavə faydaları da mövcuddur.

Mütəxəssislər çayın faydalarından maksimum yararlanmaq üçün şəkərsiz və keyfiyyətli məhsullara üstünlük verilməsini tövsiyə edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Kondisionersiz sərinlik: Yeni kərpic temperaturu 9 dərəcə azalda bilir

Aynur Camal

“Sendviç nəsli” fenomeni: Həm övladlarına, həm də valideynlərinə qayğı göstərənlərin sayı artır

Aynur Camal

Stress zamanı niyə bəziləri çox yeyir, bəziləri isə iştahasını itirir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu