14 C
Baku
30 Aprel 2026, 14:20
Digər

BMT Baş Assambleyası sədrindən çağırış: İran və Qəzza müharibələri fonunda yeni alyans təklifi

BMT Baş Assambleyasının sədri Annalena Baerbock beynəlxalq ictimaiyyəti təşkilata dəstəyi gücləndirmək üçün regionlararası alyans yaratmağa çağırıb. Çağırış, xüsusilə İran ətrafında gərginlik və Qəzza bölgəsində davam edən humanitar böhran fonunda səsləndirilib.

Baerbock Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçirilən mətbuat konfransında bildirib ki, əsas prioritet beynəlxalq hüququn və BMT Nizamnaməsinin qorunmasıdır. Onun sözlərinə görə, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi hazırkı böhranların həlli üçün vacibdir.

Sədr qeyd edib ki, Hörmüz boğazı ətrafında yaşanan gərginliklər və hücumlar qlobal bazarlara təsir göstərir, neft və gübrə qiymətlərinin artmasına səbəb olur. Bu vəziyyətin digər münaqişələri, xüsusilə Qəzzadakı ağır humanitar şəraiti kölgədə qoyduğunu vurğulayıb.

Baerbock çıxışında həmçinin bildirib ki, Yaxın Şərqdə davam edən münaqişələr nəticəsində Livan ərazisində 1,3 milyondan çox insan məcburi köçkünə çevrilib. O, BMT sülhməramlılarına qarşı hücumları qətiyyətlə pisləyərək, üzv dövlətləri onların təhlükəsizliyini təmin etməyə çağırıb.

BMT Baş Assambleyasının sədri vurğulayıb ki, atəşkəsə nail olmaq və münaqişələrin sülh yolu ilə həlli təşkilatın ən mühüm vəzifələrindən biridir.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Kefir hipertoniklər və diabet xəstələri üçün faydalı hesab edildi

Aynur Camal

Putin və Tramp Zelenskiyə mesaj göndərdi

Aynur Camal

Donald Tramp: İranla danışıqları telefon vasitəsilə aparırıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu