Dünya

BRICS ölkələri “Bhopal Mədəni Əməkdaşlıq Bəyannaməsi”ni qəbul etdi

Hindistanın Bhopal şəhərində BRICS Mədəniyyət Nazirlərinin 11-ci Görüşü başa çatıb. Görüşün sonunda iştirakçılar mədəni və yaradıcı sənaye sahələrində əməkdaşlığı genişləndirən Bhopal Bəyannaməsini qəbul ediblər.

TV BRICS-in məlumatına görə, tədbirdə 10 BRICS üzvü və 4 tərəfdaş ölkə olmaqla ümumilikdə 14 dövlətdən 55 nümayəndə iştirak edib. Bunlar Braziliya, Çin, Misir, Efiopiya, Hindistan, İndoneziya, İran, Rusiya, Cənubi Afrika, BƏ, həmçinin Belarus, Kuba, Qazaxıstan və Taylanddır.

Bəyannamə mədəni və yaradıcı sənaye sahələrində təcrübə mübadiləsini, mədəniyyət mütəxəssislərinə dəstək və rəqəmsal vasitələrlə bazara çıxışı nəzərdə tutur. Sənəddə UNESCO ilə əməkdaşlıq, mədəni irsin mənşəyi və qaytarılması, ənənəvi biliklərin qorunması ilə bağlı müddəalar yer alıb. Ölkələr muzeylər, kitabxanalar və arxivlər arasında rəqəmsallaşdırma sahəsində əməkdaşlığı da razılaşdırıb.

Qeyd olunub ki, Hindistan rəssamların könüllü reyestri üçün pilot layihəyə başlayır. Layihə mədəni mübadiləni və peşəkar imkanları genişləndirməlidir.

Mənbə: TV BRICS

Aynur Camal

Oxşar xəbərlər

“Rusiya Ukraynaya hücumda Şimali Koreya raketlərindən istifadə edib”

Aynur Camal

ABŞ-İran gərginliyi nefti qaldırdı, birjaları vurdu

Aynur Camal

ABŞ insan haqları qrupları Trampı BMM-ə qarşı təzyiqə görə məhkəməyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu