"Bu səfər də uşaqların çərpələnglərinə göz dikdilər"
Dünya

“Bu səfər də uşaqların çərpələnglərinə göz dikdilər”

Bugun.tv xəbər verir ki, İsrail rəhbərliyi Qəzza zolağından uçurulan və İsrailin sərhədyanı yaşayış məntəqələrinə düşdüyü iddia edilən çərpələnglərlə bağlı sərt tədbirlərin görülə biləcəyini açıqlayıb.

İsrail Baş nazirinin ofisinin yaydığı məlumata görə, Baş nazir Binyamin Netanyahu, müdafiə naziri Yisrael Katz, Baş Qərargah rəisi Eyal Zamir və yüksək rütbəli hərbi komandirlər vəziyyəti müzakirə ediblər.

İsrail tərəfi bildirib ki, Qəzzadan uçurulan çərpələnglərin İsrail yaşayış məntəqələrinə düşməsinin qarşısı alınmasa, İsrail ordusu uçurtmaların buraxıldığı ərazilərə genişmiqyaslı hücumlar təşkil edə və həmin ərazilərdə yaşayan insanların məcburi köçürülməsinə əl ata bilər.

İsrail mətbuatı daha əvvəl Qəzzada uşaqlar tərəfindən uçurulan uçurtmaların İsrail yaşayış məntəqələrinə düşdüyünü və bunun yerli sakinlər arasında narahatlıq yaratdığını yazmışdı. İsrail ordusu isə uçurtmalarda şübhəli hər hansı elementin aşkarlanmadığını açıqlamışdı.

İsrail müdafiə naziri Yisrael Katz ordunun bu məsələdə sərt tədbirlər görməsi barədə göstəriş verdiyini bildirib.

HƏMAS isə İsrailin açıqlamalarını rədd edərək, uçurtmalarla bağlı təhdidlərin Qəzza sakinlərinə və xüsusilə uşaqlara qarşı hücumları davam etdirmək üçün bəhanə olduğunu bildirib. Təşkilatın sözçüsü Hazım Qasim beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasına çağırdı

Aynur Camal

İran ordusunun komandanı: Maraqlarımız uğrunda daha 20 nəsil döyüşməyə hazırıq

Aynur Camal

Dünyada ən çox istifadə olunan emoji bəlli oldu: Amma artıq başqa mənada işlədilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu