Dünya

Çində göydə uzanan nəhəng bina: “Kristal” mühəndislik sərhədlərini aşır

Çinin şəhərində inşa edilən “Kristal” (The Crystal) layihəsi ənənəvi göydələn anlayışını dəyişərək dünyanın ən diqqətçəkən memarlıq nümunələrindən birinə çevrilib.

Yangtze və Jialing çaylarının qovuşduğu nöqtədə yerləşən kompleks bir-biri ilə əlaqələndirilmiş səkkiz qüllədən ibarətdir. Layihənin ən fərqli xüsusiyyəti isə qüllələrin zirvəsində yerləşən və onları birləşdirən nəhəng üfüqi konstruksiyadır.

Təxminən 300 metr uzunluğunda olan bu hissə havada asılmış göydələni xatırladır və dünyanın ən böyük üfüqi göydələnlərindən biri hesab olunur.

Mütəxəssislər üfüqi hissənin quraşdırılmasını dünyanın ən mürəkkəb mühəndislik əməliyyatlarından biri kimi qiymətləndirirlər. Layihə ümumilikdə çay üzərində hərəkət edən nəhəng gəmini xatırladacaq şəkildə dizayn edilib.

Binanın tamamilə şüşə ilə örtülmüş xarici səthi günəşin doğuşu və qürubu zamanı kristal kimi parlayaraq ona xüsusi görünüş qazandırır.

Təxminən 250 metr yüksəklikdə yerləşən üfüqi konstruksiya üç futbol meydançasına yaxın uzunluğa malikdir və şəhərin panoramasında fərqli memarlıq simvolu kimi seçilir.

Məlumata görə, layihənin tikinti dəyəri təxminən 3,8 milyard dollar təşkil edib.

“Kristal” müasir memarlıq və mühəndislik imkanlarının sərhədlərini genişləndirən ən iddialı layihələrdən biri hesab olunur.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Çin niyə Şimali Koreyaya ehtiyac duyur? – Al Jazeera təhlili

Aynur Camal

İsrail və İran arasında yenidən raket zərbələri: Atəşkəs təhlükə altına düşdü

Aynur Camal

İran və İsrail arasında gərginlik fonunda atəşkəs siqnalları verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu