Səhiyyə

D vitamini və kalsium əlavələri sınıqların qarşısını almaya bilər

Bugun.tv xəbər verir ki, genişmiqyaslı beynəlxalq araşdırma kalsium və D vitamini əlavələrinin sümük sınıqlarının qarşısını almaqda gözlənilən qədər təsirli olmadığını göstərib.

Araşdırma çərçivəsində dünyanın müxtəlif ölkələrindən 154 mindən çox yetkin şəxsin iştirak etdiyi 69 klinik sınağın nəticələri təhlil edilib. Tədqiqatçılar kalsium, D vitamini və ya onların kombinasiyasını qəbul edən şəxslərin sağlamlıq göstəricilərini plasebo qəbul edən və ya heç bir müalicə almayan şəxslərlə müqayisə ediblər.

Nəticələr göstərib ki, yalnız kalsium qəbul edənlərdə sınıq riskində əhəmiyyətli azalma müşahidə olunmayıb. Təkcə D vitamini qəbulunun da sınıqların profilaktikasında demək olar ki, faydasız olduğu müəyyən edilib. Bu nəticə on minlərlə iştirakçının cəlb olunduğu tədqiqatlarda da təsdiqlənib.

Kalsium və D vitamininin birlikdə qəbulu bəzi növ sınıqların sayında cüzi azalma göstərsə də, alimlər bunun klinik baxımdan əhəmiyyətli olmadığını bildiriblər. Hesablamalara görə, yalnız bir sınıq hadisəsinin qarşısını almaq üçün 100 nəfərin bu əlavələri qəbul etməsi tələb olunur. Bud sümüyü sınıqları isə hər 1000 nəfərdə cəmi üç hal azalıb.

Alimlər vurğulayıblar ki, araşdırma kalsium və D vitaminindən tamamilə imtina etməyə çağırmır. Bu maddələr sümük və əzələ sağlamlığı üçün vacibdir. Lakin osteoporoz və ya ciddi D vitamini çatışmazlığı olmayan sağlam yaşlı insanlar üçün onların profilaktik məqsədlə müntəzəm qəbulunun faydası olduqca məhduddur.

Tədqiqat müəlliflərinin sözlərinə görə, sümüklərin möhkəmlənməsi və yıxılma riskinin azalması üçün ən təsirli üsullar müntəzəm fiziki aktivlik, gəzinti, güc məşqləri və tarazlığı inkişaf etdirən məşqlərdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Viral LED maskadan bir ildən çox istifadə edən jurnalist: “İstifadə etdiyim yeganə maskadır”

Aynur Camal

Hansı həbləri bölmək olmaz?

Aynur Camal

“Gənclik yoqası”: Gözaltı torbaları və sallanmaları azaltmağa kömək edən 8 məşq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu