Baş xəbərSosial

Deputat Sevinc Hüseynova Gədəbəydə vətəndaş qəbulu keçirdi

Milli Məclisin deputatı Sevinc Hüseynova ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) Gədəbəy Rayon Təşkilatının inzibati binasında və rayonun Dəyirmandağ kəndində növbəti vətəndaş qəbulu keçirib, həmçinin seçicilərlə görüşüb.

Bugun.tv- xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən sosial məsələlər, məşğulluğun təmin edilməsi, elektrik təchizatının yaxşılaşdırılması, heyvan bazarının fəaliyyətinə tətbiq olunan məhdudiyyətin aradan qaldırılması, Dəyirmandağ kəndinin qazlaşdırılması və digər aktual problemlərlə bağlı olub.

Deputat Sevinc Hüseynova hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları qarşısında zəruri təşəbbüslərin irəli sürüləcəyini bildirib. O vurğulayıb ki, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi və onların problemlərinin yerində öyrənilməsi deputat fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Vətəndaş qəbulunda Yeni Azərbaycan Partiyası Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.

Mənbə: QaynarXətt

Aynur Camal

Oxşar xəbərlər

Yazıçı-publisist Aydın Tağıyevin yeni kitabının təqdimatı keçirildi

Aynur Camal

Botanika İnstitutunun doktorantı Hacettepe Universitetində elmi ezamiyyətdə olub

Bugün TV

Mikrobioloq hər gün toxunduğumuz ən çirkli əşyanın adını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu