Baş xəbər

Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusunu ildırım vurub

İyunun 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Bu barədə Bugun.tv -yə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Bugün TV

Oxşar xəbərlər

Azərbaycanlı alim Misirdə beynəlxalq münasibətlərə dair seminarda çıxış etdi

Aynur Camal

“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac və ting əkdi

Aynur Camal

Vüqar Bayramov TRIPP layihəsinin tikintisinin niyə yubandığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu