13 C
Baku
23 Aprel 2026, 0:54
Digər

Ekspert: Aİ-nin Ermənistandakı missiyasının təyinatı dəyişdirilib

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, Avropa Birliyi Ermənistana yeni missiya göndərməyə hazırlaşır və bu missiyanın funksiyası əvvəlkilərdən fərqli olacaq.

Onun sözlərinə görə, yeni missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməyə, strateji və praktiki məsləhətlər verməyə, həmçinin nazirliklər və təhlükəsizlik qurumlarına dəstək göstərməyə yönələcək. Missiyanın fəaliyyətinə informasiya manipulyasiyalarının aşkarlanması, kiberhücumlarla və qeyri-qanuni maliyyə axınları ilə mübarizə də daxildir.

Ekspert qeyd edib ki, missiyanın Ermənistanda iki il müddətinə yerləşdirilməsi planlaşdırılır və onun 20-30 beynəlxalq əməkdaşdan ibarət olacağı gözlənilir. Bu qurum “Avropa İttifaqının tərəfdaşlıq missiyası” adı ilə fəaliyyət göstərəcək.

Məhəmməd Əsədullazadə əlavə edib ki, hazırda Aİ-nin mülki missiyası Azərbaycanla sərhəddə yerləşir və regionda faktiki olaraq sülh mövcuddur. Onun fikrincə, 8 avqustda paraflanmış sülh sənədində üçüncü qüvvələrin sərhəddə yerləşməməsi ilə bağlı müddəa yer alıb və bu da missiyanın təyinatında dəyişikliklə nəticələnib.

Ekspert hesab edir ki, Aİ-nin yeni missiyası əsasən Rusiyanın Ermənistanda mümkün təsirlərinin qarşısını almağa yönələcək. O bildirib ki, Ermənistan hazırda Rusiya ilə Avropa Birliyi arasında geosiyasi rəqabət məkanına çevrilib.

Əsədullazadənin fikrincə, Rusiyanın Ermənistanda seçkilərə müdaxilə cəhdləri və siyasi sabitliyi pozmaq riski mövcuddur. O, həmçinin qeyd edib ki, Rusiyanın digər ölkələrdə zəifləməsi fonunda Ermənistanda da siyasi mübarizədə uğursuzluğa düçar olması istisna deyil.

Milli cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

Tokayev: Aral gölünün quruyan hissəsindən yayılan duz və kimyəvi maddələr sərhədləri aşır

Aynur Camal

Xristian əhalisi azalır? İsrail siyasəti ilə bağlı narahatlıqlar artır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Aİ-nin Ukraynaya yardımlarının artması Rusiyaya təzyiqi gücləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu