Image default
Dünya

Ekspertlər: Şəhərlər miqrasiyanı daimi reallıq kimi planlaşdırmalıdır

Bugun.tv xəbər verir ki, Bakıda keçirilən Dünya Şəhər Forumunda ekspertlər hökumətləri miqrasiyaya müvəqqəti böhran deyil, şəhər həyatının daimi bir hissəsi kimi yanaşmağa çağırıblar.

Məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktor müavini Uqoçi Daniels bildirib ki, miqrasiya artıq şəhərləri formalaşdıran əsas amillərdən biridir və düzgün idarə olunarsa, şəhərlərin inkişafına töhfə verə bilər.

Forum çərçivəsində keçirilən paneldə münaqişədən sonrakı bərpa, məcburi köçkünlərin yerləşdirilməsi və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub. Azərbaycan nümayəndələri Qarabağda həyata keçirilən yenidənqurma layihələrini təqdim ediblər.

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov mənzilin insanların ləyaqəti və sabitliyi üçün əsas amil olduğunu bildirib.

Şuşa üzrə xüsusi nümayəndə Aydın Kərimov isə şəhərdə ictimai nəqliyyatın tam elektrikləşdirildiyini və tullantı idarəetmə sisteminin sıfırdan qurulduğunu açıqlayıb.

Məqalədə həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Euronews-a verdiyi müsahibəyə istinad olunaraq qeyd edilir ki, Qarabağda artıq 85 min insanın geri dönüşü təmin olunub və bölgədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Ərdoğan NATO Zirvəsini uğurla təşkil etdi, Türkiyə alyansın ən güclü ölkələrindən biridir

Aynur Camal

Kosmos insan beyninə necə təsir edir? Alimlər uzunmüddətli uçuşlarla bağlı yeni riskləri açıqlayıblar

Aynur Camal

Al Jazeera: Rusiyada yarım milyondan çox insan müflis oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu