Bugun.tv xəbər verir ki, tanınmış bakılı şair El Bakuvinin “Этот день Победы” adlı yeni kitabı işıq üzü görüb.
El Bakuvi yaradıcılığına xüsusi diqqət verən Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev sözügedən bu kitabın redaktorudur. Kitabın ön sözündə Çingiz müəllim çox ədalətli şəkildə vurğulayıb ki, bu cür təşəbbüs məhz Azərbaycana məxsusdur. Bununla biz hamımız fəxr edə bilərik.
Qeyd edək ki, bundan əvvəl də Çingiz Abdullayev El Bakuvinin yaradıcılığı haqqında yüksək fikirlər səsləndirib və onun poeziyasını Azərbaycan ədəbiyyatının diqqətçəkən nümunələrindən biri kimi qiymətləndirib.
Məlumata görə, “Этот день Победы” kitabı bütövlüklə 2-ci dünya müharibəsində iştirak edib, faşizm üzərində Qələbə qazanan qəhramanlara həsr olunub. Burada vətənpərvərlik, qələbə ruhu və milli-mənəvi dəyərlər əsas mövzulardan biridir.
Kitabın ümumi həcminə uyğun olan hesabda orada yer almış soydaşlarımızın sayı 17 nəfərdir. Adı çəkilən kitab El Bakuvinin ikinci dünya müharibəsinə həsr olunmuş 30 müxtəlif sonetlər ətrafında qurulub.
Onu da qeyd edək ki, son illərdə El Bakuvinin yaradıcılığı həm klassik Şərq poetikasına bağlılığı, həm də müasir lirika üslubu ilə diqqət çəkir. Şairin əsərlərində Bakı mühiti, milli ruh və emosional poetik təsvirlər xüsusi yer tutur.
