Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə İranın nüvə proqramı və ölkəyə qarşı mümkün yeni hərbi əməliyyatlarla bağlı fikirlərini açıqlayıb.
Ekspertin sosial media hesabı fikrincə, İrana qarşı növbəti hərbi əməliyyatlar başlayarsa, Tehran nüvə silahı hazırlamaq istiqamətində daha ciddi addımlar ata bilər. O hesab edir ki, hazırkı beynəlxalq təhlükəsizlik böhranı İranın nüvə silahı əldə etmək istəyini gücləndirə bilər.
Əsədullazadə bildirib ki, onun qiymətləndirməsinə görə, İran nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxmaq niyyətini də nəzərdən keçirə bilər. Ekspert həmçinin Əli Xameneinin nüvə silahının qadağan olunmasına dair fətvasının hazırkı vəziyyətdə əvvəlki təsirini itirdiyini düşünür.
Onun sözlərinə görə, ABŞ-ın İranın nüvə imkanlarının qarşısını almaq məqsədilə həyata keçirdiyi hərbi əməliyyatlar əks nəticə verərək Tehranın nüvə silahı əldə etmək cəhdlərini gücləndirə bilər.
Əsədullazadə İranın mümkün nüvə silahına sahib olmasının ölkənin regional siyasətinə təsir göstərəcəyini, lakin bunun Cənubi Qafqaz üçün birbaşa nüvə təhdidi yaratmayacağını qeyd edib. O, belə bir ssenarinin İran hakimiyyətinə müəyyən təminat verə biləcəyini, lakin ölkədə iqtisadi və sosial böhranı daha da dərinləşdirə biləcəyini bildirib.
