Mədəniyyət

Eurovision-da İsrail səhnədə olarkən “Soyqırımı dayandırın” şüarları səsləndi

Bugun.tv xəbər verir ki, bu il 70-ci dəfə keçirilən Eurovision Mahnı Müsabiqəsi İsrail ətrafındakı mübahisələrin kölgəsində start götürüb. Beş ölkənin boykot etdiyi yarışmanın ilk yarımfinalında səhnəyə çıxan israilli müğənni Noam Bettan “Soyqırımı dayandırın” şüarları ilə etirazla qarşılanıb.

Musiqi dünyasının ən böyük tədbirlərindən hesab olunan Eurovision mahnı müsabiqəsi etiraz aksiyalarının kölgəsində başlayıb.

70-ci dəfə təşkil olunan yarışma İsraillə bağlı mübahisələr səbəbindən tarixinin ən böyük böhranlarından birini yaşayır.

Bu il yarışmada 35 ölkə iştirak edir.

Boykotların kölgəsində başladı

İspaniya, Hollandiya, İslandiya, İrlandiya Sloveniya İsrailin yarışmaya qatılmasına etiraz edərək Eurovision-dan geri çəkilmişdi.

Etirazlar yalnız yayımçılarla məhdudlaşmayıb. Beynəlxalq Amnistiya Təşkilatı da yarışmaya münasibət bildirib.

Təşkilat İsrailin yarışmada iştirakını insanlığa xəyanət və ikili standart kimi qiymətləndirib.

İsrail qaydaları nəzərə almadı

Aralarında Brian Eno və Massive Attack kimi məşhur adların da olduğu 1000-dən çox sənətçi boykot çağırışı edilən açıq məktublara imza atıb.

2024 Eurovision qalibi Nemo da etiraz məqsədilə mükafatını geri qaytaracağını açıqlayıb.

Müsabiqəni təşkil edən Avropa Yayım Birliyi hökumətlər və üçüncü tərəflər tərəfindən dəstəklənən səsvermə kampaniyalarını qadağan edən yeni qaydalar tətbiq edib.

Buna baxmayaraq, İsrail nümayəndə heyəti sosial mediada “İsrail üçün 10 dəfə səs verin” çağırışı edilən videolar yayımlayıb və Avropa Yayım Birliyi tərəfindən rəsmi xəbərdarlıq alıb.

İsrailli müğənni etirazla qarşılandı

İlk yarımfinalda 10-cu sırada səhnəyə çıxan İsrail təmsilçisi Noam Bettan tamaşaçıların etirazı ilə üzləşib. Zalda olan izləyicilər israilli müğənnini etiraz aksiyası ilə qarşılayıblar.

“Soyqırımı dayandırın” şüarlarının səsləndiyi və bu səslərin canlı yayıma da əks olunduğu yarışmada bəzi tamaşaçılar Fələstin bayraqları açaraq Qəzza xalqına dəstək nümayiş etdiriblər.

Üzərlərində “Azad Fələstin” yazıları olan, Fələstin bayraqları çəkən və “soyqırımı dayandırın” şüarları səsləndirən etirazçılar zaldan zorla çıxarılıblar.

Yarımfinaldan əvvəl də Vyana küçələrində toplaşan insanlar İsrailin yarışmada iştirakına etiraz ediblər.

Şəhər boyu geniş təhlükəsizlik tədbirləri görülüb.

Final 16 mayda keçiriləcək

Moldova, İsveç, Xorvatiya, Yunanıstan, Portuqaliya, Gürcüstan, Finlandiya, Monteneqro, Estoniya, İsrail, Belçika, Litva, San Marino, PolşaSerbiya yarımfinalın ilk hissəsində səhnəyə çıxıblar.

15 ölkənin iştirak etdiyi ilk yarımfinalda səsvermənin nəticələrinə əsasən Yunanıstan, Finlandiya, Belçika, İsveç, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva və Polşa finala yüksəlib. Portuqaliya, Gürcüstan, Monteneqro, EstoniyaSan Marino isə yarışmanı tərk edib.

Müsabiqənin ikinci yarımfinalı 14 mayda, final isə 16 mayda keçiriləcək.

Alternativ tədbirlər təşkil olundu

İsrailin iştirakına etiraz edən bəzi ölkələr yarımfinal yayımını təqdim etməyərək Fələstin mövzusunda xüsusi proqramlar yayımlayıblar.

Belçikanın paytaxtı Brüsseldə İsrailin Eurovision Mahnı Müsabiqəsində iştirakına etiraz olaraq “Fələstin üçün Birlik – Soyqırıma Səhnə Yoxdur” adlı alternativ konsert təşkil olunub.

Sloveniyanın dövlət yayımçısı RTV SLO isə “Fələstinin Səsləri” adlı xüsusi yayım çərçivəsində Qəzza ilə bağlı sənədli filmlər nümayiş etdirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

El Bakuvinin yeni kitabı işıq üzü gördü

Aynur Camal

Beş ölkə İsrailin iştirakına etiraz olaraq “Avroviziya-2026”nı boykot etdi

Aynur Camal

Aytac Hüseyinovadan yeni layihələr: “Bir Ümid” serialı və “Ev 47” filmi hazırlanır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu