Maraqlı faktlar

Ev yığışdırmaq insanı daha sağlam və xoşbəxt edə bilər

Psixoterapevt İrina Krashkina bildirib ki, ev yığışdırmaq insanın həm psixi, həm də fiziki vəziyyətinə müsbət təsir göstərə bilər.

Tibb elmləri namizədi olan mütəxəssisin sözlərinə görə, ev təmizliyi zamanı yaranan fiziki aktivlik orqanizmdə endorfin və dopamin hormonlarının ifrazını artırır. Bu isə əhvalın yaxşılaşmasına, narahatlıq və gərginliyin azalmasına kömək edir.

İrina Kraškina qeyd edib ki, müntəzəm məişət fəaliyyəti yaddaşı və diqqəti toplamaq qabiliyyətini dəstəkləyir. Onun fikrincə, stresli vəziyyətlərdən sonra ev yığışdırmaq daxili gərginliyi azaltmağa kömək edir, səliqəli mühit isə stress hormonu olan kortizolun səviyyəsini aşağı salır.

Mütəxəssis vurğulayıb ki, dağınıq və qarışıq məkan, xüsusilə təmizliyi öz məsuliyyəti kimi qəbul edən insanlarda, stress səviyyəsini daha da artıra bilər. Əksinə, qayda-qanun yaratmaq qeyri-müəyyən dövrlərdə insana nəzarət hissi verir, özünəinamı dəstəkləyir və çətin həyat şəraitində daxili dayanıqlılığı gücləndirir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Şəkəri azaltmağın 8 effektiv yolu: dietoloqdan tövsiyələr

Aynur Camal

Alimlər suyun ən böyük sirrlərindən birini açdı

Aynur Camal

Ekspertlərdən tövsiyə: Yazda bu 8 meyvə və giləmeyvə mütləq rasionda olmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu