16 C
Baku
17 Aprel 2026, 12:20
Digər

Film kimi bank soyğunu: 25 nəfər girov götürüldü

Neapol şəhərində gündüz saatlarında baş verən bank soyğunu filmləri xatırladan hadisə ilə yadda qalıb. Silahlı qrup Credit Agricole bankının filialına hücum edərək 25 nəfəri girov götürüb.

Girovlar xilas edilib

Hadisə yerli vaxtla günorta saatlarında başlayıb və polis qısa müddətdə bank binasını mühasirəyə alıb. Təxminən iki saat davam edən danışıqlardan sonra girovlar azad edilib, lakin soyğunçuların izinə rast gəlinməyib.

Hadisə yerindən yayılan görüntülərdə xilasedicilərin bankın şüşələrini sındıraraq insanları təxliyə etdiyi əks olunub. Girovların bir qismi şok vəziyyətində ərazidən uzaqlaşıb, altı nəfərə isə tibbi yardım göstərilib.

Soyğunçular tuneldən qaçıb

Hadisənin böyüməsi ilə əlaqədar Carabinieri xüsusi təyinatlı qüvvələri də əraziyə cəlb olunub. Əməliyyat zamanı səs bombalarından istifadə edilib.

Lakin hüquq-mühafizə orqanları bank binasına daxil olduqda məlum olub ki, soyğunçular artıq qaçıblar. Yerli mediaya görə, onlar əvvəlcədən hazırladıqları yeraltı tunel vasitəsilə kanalizasiya sisteminə daxil olaraq hadisə yerindən uzaqlaşıblar.

İstintaq davam edir

Hadisə ilə bağlı oğurlanan vəsaitin məbləği hələ açıqlanmayıb. Bildirilir ki, soyğunçular əsasən bankdakı kirayə seyflərdə saxlanılan qiymətli əşyaları hədəf alıblar.

Polis kanalizasiya xətləri boyunca genişmiqyaslı axtarışlara başlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ən darıxdırıcı peşələr hansılardır?

Aynur Camal

Kimlər yumurta istehlakını məhdudlaşdırmalıdır? – Həkim izah edir

Aynur Camal

Deputat Vüqar Bayramov: Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı strateji səviyyədə genişlənir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu