26 C
Baku
11 Sentyabr 2026, 18:00
Digər

Gecə tərləməsinin səbəbi açıqlanıb

Gecə saatlarında həddindən artıq tərləmə bəzən orqanizmdə gedən daxili proseslərlə bağlı ola bilər. Bu barədə dietoloq Colleen Fogarty-Draper HuffPost nəşrinə açıqlamasında danışıb.

Mütəxəssis bildirib ki, bu hal daha çox qadınlarda müşahidə olunur və əsas səbəb hormonal dəyişikliklərdir. Onun sözlərinə görə, estrogen və progesteron səviyyəsindəki hətta kiçik dəyişikliklər belə bədənin termorequlyasiya sistemini poza bilər. Nəticədə yuxu zamanı qəfil istilik hissi və güclü tərləmə yaranır.

Dietoloq əlavə edib ki, stress də vəziyyəti ağırlaşdıra bilər. Kortizol hormonunun səviyyəsinin artması yuxuya mənfi təsir edir və bədəndə istilik hissini gücləndirir.

Bu simptomları azaltmaq üçün mütəxəssis yataq otağında sərin temperaturun qorunmasını, yüngül geyim seçilməsini və yatmazdan əvvəl bədənin həddindən artıq isinməsinin qarşısının alınmasını tövsiyə edir.

Bununla yanaşı, o vurğulayıb ki, xüsusilə menopauza dövründə belə hallar normallaşdırılsa da, onları görməzdən gəlmək düzgün deyil. Əgər gecə tərləməsi yuxuya mane olursa, mütləq həkimə müraciət etmək lazımdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu