göz seğirməsi, göz qapağı seğirməsi, miyokimiya, göz sağlamlığı, stress və göz seğirməsi, yuxusuzluq, kofein, nevroloji əlamətlər
Səhiyyə

Gözün seyirməsi nə vaxt narahatlıq yaratmalıdır? – Həkim açıqladı

Bugun.tv xəbər verir kigöz qapağının qısa müddət ərzində seyirməsi əksər hallarda ciddi xəstəliklə əlaqəli olmur. Lakin bu hal tez-tez təkrarlanırsa, uzun müddət davam edirsə və ya güclənirsə, həkimə müraciət etmək tövsiyə olunur.

Krasnoqorsk Klinik Xəstəxanasının oftalmologiya şöbəsinin rəhbəri Aleksey Kazbanın sözlərinə görə, tibbdə göz qapağının belə qeyri-iradi hərəkəti miyokimiya adlanır. Mütəxəssis bildirib ki, buna stress, xroniki yuxusuzluq və həddindən artıq kofein qəbulu səbəb ola bilər. Bəzi hallarda göz seyirməsi bir neçə həftə davam edə bilər.

Həkim xüsusilə seyirmənin hər iki gözə yayılmasını və üzün digər əzələlərində də qeyri-iradi yığılmaların yaranmasını xəbərdarlıq əlaməti hesab edir.

Göz seyirməsi ilə birlikdə üzdə zəiflik və ya keylik, nitq pozuntusu, görmədə problem, koordinasiya çətinliyi, güclü baş ağrısı, göz qapağının sallanması və ya üzün bir tərəfində asimmetriya yaranarsa, təcili tibbi yardım tələb oluna bilər.

Bundan əlavə, spazm səbəbindən gözün tamamilə qeyri-iradi şəkildə bağlanması da həkimə müraciət etmək üçün səbəb sayılır. İlk növbədə oftalmoloqa müraciət etmək məsləhətdir. Göz quruluğu, qızartı, ağrı və görmə itiliyinin azalması da varsa, müayinə xüsusilə vacibdir.

Qeyd edək ki, nevroloji əlamətlər müşahidə edildikdə isə nevroloqun müayinəsi lazım gələ bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Dərin yuxu beynin stresə qarşı davamlılığını gücləndirir

Aynur Camal

Süni intellekt dərman hazırlanmasında antikorların hədəfini müəyyənləşdirməyə kömək edə bilər

Aynur Camal

Həkim fastfudun niyə asılılıq yaratdığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu