Bugun.tv xəbər verir ki, payız aylarında havanın temperaturunun tez-tez dəyişməsi və külək dərinin açıq nahiyələrinin qurumasına, qızarmasına və çatlamasına səbəb ola bilər.
Dermatoloq və kosmetoloq İrina Kotova RT-yə açıqlamasında bildirib ki, küçəyə çıxmazdan əvvəl üz və əlləri islatmaq məsləhət deyil. Onun sözlərinə görə, çölə çıxmazdan bir qədər əvvəl dəriyə qoruyucu və qidalandırıcı krem çəkmək lazımdır. Belə vasitələrin tərkibində seramidlər, lipidlər, allantoin və vitaminlərin olması tövsiyə edilir.
Mütəxəssis həmçinin payızda yay aylarında istifadə edilən yüngül serum, gel və emulsiyaları daha sıx tərkibli kremlər və məlhəmlərlə əvəz etməyi tövsiyə edib. Əllərin soyuq və küləkli havadan qorunması üçün isə əlcək taxmaq məsləhət görülür.
Həkim ümumilikdə payız mövsümündə dərinin qoruyucu baryerinin saxlanmasına və küləkdən qorunmasına xüsusi diqqət yetirməyin vacib olduğunu vurğulayıb.
Mənbə: mail.ru
