Dünya

Həkim xəbərdarlıq etdi: Baş ağrısını özbaşına dərmanla keçirmək təhlükəli ola bilər

Bugun.tv xəbər verir ki, rusiyalı həkim, dosent İrina Volgina baş ağrılarının səbəbini araşdırmadan davamlı ağrıkəsici qəbul etməyin ciddi fəsadlara yol aça biləcəyini bildirib.

Onun sözlərinə görə, tez-tez yaranan və adi ağrıkəsicilərlə keçməyən baş ağrıları miqren, hipertoniya və hətta insult riskinin əlaməti ola bilər. Həkim qeyd edib ki, yalnız simptomu aradan qaldırmağa çalışmaq beyin şişi, meningit və ya sinusit kimi təhlükəli xəstəliklərin vaxtında aşkarlanmasının qarşısını ala bilər.

İrina Volgina bildirib ki, ağrıkəsicilərin ay ərzində 10-15 gündən çox istifadəsi “rikoset baş ağrısı” adlanan vəziyyət yarada bilər. Bu halda dərmanların özü baş ağrısını tətikləməyə başlayır.

Mütəxəssis aşağıdakı hallarda dərhal həkimə müraciət etməyi tövsiyə edib:

  • baş ağrısının yerinin dəyişməsi,
  • ürəkbulanma və qusma,
  • nitq pozuntusu,
  • üz və ya ətraflarda keyimə hissi.

Həkim əlavə edib ki, gərginlik tipli baş ağrıları çox vaxt stress, uzun müddət oturaq vəziyyətdə işləmək və boyun əzələlərinin həddindən artıq gərilməsi ilə əlaqəli olur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Putin keçmiş müəlliminə özü sürücülük etdi

Aynur Camal

İlk dəfə uşağın doğum şəhadətnaməsində üç valideyn göstərildi

Aynur Camal

İran Hörmüz boğazındakı nəzarət zonasını 300 milə qədər genişləndirdiyini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu