Image default
Səhiyyə

Həkim xəbərdarlıq etdi: Bu şəxslər qovun yeməməlidir

Bugun.tv xəbər verir ki, Rusiyalı terapevt Anna Qovtva qovunun hər kəs üçün faydalı olmadığını bildirib və bəzi insanların bu meyvədən tamamilə uzaq durmalı olduqlarını vurğulayıb.

Həkimin sözlərinə görə, kəskin pankreatit, qastroenterit, mədə xorasının ağırlaşması və bağırsaqların iltihabi xəstəliklərindən əziyyət çəkən şəxslər qovun yeməməlidirlər. O qeyd edib ki, qovunun tərkibindəki yüksək su, şəkər və lif miqdarı bağırsaqlarda qıcqırmanı artıraraq köp, qarın ağrısı və ishala səbəb ola bilər.

Anna Qovtva əlavə edib ki, şəkərli diabeti nəzarət altında olmayan xəstələr və kaliumla zəngin qidaların qəbulunu məhdudlaşdırmalı olan xroniki böyrək xəstələri də qovundan ehtiyatla istifadə etməlidirlər. Onun sözlərinə görə, qovun yedikdən sonra vəziyyət qəfil pisləşərsə, dərhal həkimə müraciət etmək lazımdır.

Mütəxəssis sağlam insanlar üçün də qovunun normadan artıq qəbul edilməsini tövsiyə etmir. O bildirib ki, bir dəfəyə 200–300 qram qovun yemək kifayətdir. Qovunun əsas yeməklər arasında qəlyanaltı kimi, xüsusilə günün birinci yarısında qəbul edilməsi daha məqsədəuyğundur.

Həkim həmçinin xatırladıb ki, kəsilmiş qovun mütləq soyuducuda saxlanmalı və qısa müddətdə istehlak edilməlidir. Bu, bakteriyaların çoxalması və qida zəhərlənməsi riskini azaltmağa kömək edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkim: Dişlərin vaxtından əvvəl itirilməsi ömrün uzunluğuna təsir göstərə bilər

Aynur Camal

Həkim yataq dəstinin nə üçün ən geci 10 gündən bir dəyişdirilməli olduğunu açıqladı

Aynur Camal

Kardioloq ürək üçün ən faydalı balığı açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu