3 C
Baku
27 Yanvar 2026, 17:38
DünyaSəhiyyə

Həftəsonu bərpa üçün düzgün yuxu rejimi necə olmalıdır

Düzgün yuxu rejiminə riayət etmək həftəsonu günlərində orqanizmin daha effektiv şəkildə bərpa olunmasına kömək edir. Bu barədə “Moskva 24” telekanalına açıqlamasında nevroloq-somnoloq, tibb elmləri namizədi Yelena Tsaryova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, istər iş günlərində, istərsə də həftəsonu eyni vaxta yaxın oyanmaq daha faydalıdır. O bildirib ki, uzun müddət yatmaq əvəzinə erkən qalxmaq və qısa gündüz yuxusu etmək bərpa prosesini daha da sürətləndirir. Tsaryova qeyd edib ki, qeyri-iş günlərində yuxu rejimini maksimum iki saat dəyişmək olar.

Həkim xəbərdarlıq edib ki, yuxu vaxtındakı dəyişiklik iki saatdan çox olduqda orqanizmdə uyğunlaşma prosesi başlayır: “Yuxu rejimindəki hər bir saatlıq dəyişiklik üçün orqanizmə təxminən bir sutka adaptasiya vaxtı lazımdır. Bu dövrdə insan özünü halsız hiss edə, narahatlıq səviyyəsi arta və depressiya riski yüksələ bilər”.

Ekspert əlavə edib ki, gündüz yuxusu 15–20 dəqiqədən artıq olmamalıdır. Daha uzun yuxu halsızlıq və enerji azalmasına səbəb ola bilər. Keyfiyyətli istirahət üçün həkim həftəsonlarını aktiv keçirməyi və fəaliyyət növünü dəyişməyi də tövsiyə edib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Maduro rəhbərliyini ələ keçirəndən sonra beynəlxalq reaksiya dərinləşdi

Aynur Camal

Hindistan–AB əməkdaşlığı qlobal ticarətdə yeni mərhələ vəd edir

Aynur Camal

Qlobal iqtisadi və siyasi dinamika: yeni mərhələ

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu