Digər

Həkimlər xroniki stress zamanı yatmazdan əvvəl kivi yeməyi tövsiyə edir

Mütəxəssislər bildirir ki, xroniki stressdən əziyyət çəkən insanlar üçün yatmazdan əvvəl kivi istehlak etmək faydalı ola bilər.

Həkimlər Aurelio Roxas və Federico Bonansea qeyd edirlər ki, kivi tərkibində olan antioksidantlar, C vitamini və lif sayəsində “bağırsaq-beyin oxu”na müsbət təsir göstərir. Bu isə narahatlıq səviyyəsinin azalmasına və əhvalın yaxşılaşmasına kömək edir.

Bundan əlavə, bu meyvə orqanizmdə stresslə əlaqəli xroniki iltihabı azaldır və sinir sisteminin balansını qoruyan folatlarla zəngindir.

Həkimlərin sözlərinə görə, yatmazdan əvvəl iki ədəd kivi yemək yuxunun müddətini artırır və keyfiyyətini yaxşılaşdırır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu