Baş xəbər

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Bugun.tv Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.

Təlim çərçivəsində Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov toplanışın keçirildiyi hərbi hissəni ziyarət edib, çağırışçıların qayğıları ilə maraqlanıb.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşən polkovnik E.Əbilov təlim toplanışının əhəmiyyətindən danışıb.

Bildirilib ki, hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini unutmamalı, istənilən döyüş şəraitinə mənəvi-psixoloji hazırlıqlı olmalıdırlar.

Görüşdə, həmçinin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanlı alim Misirdə beynəlxalq münasibətlərə dair seminarda çıxış etdi

Aynur Camal

“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac və ting əkdi

Aynur Camal

Vüqar Bayramov TRIPP layihəsinin tikintisinin niyə yubandığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu