Baş xəbərSosial

Hansı evlər daha təhlükəsizdir? – Araşdırma

Bugun.tv xəbər verir ki, dünya əhalisinin sayı artdıqca daha çox əraziyə, evə ehtiyac duyulur. Bir çox ölkələrdə isə, əsasən həyət evləri inşa edilir ki, bu da bahalı, karbon tutumlu hesab olunur. Və mütəxəssislərin fikrincə açıq şəkildə yer itkisidir. Tək ailə üçün inşa edilən evin yerində daha çox ailənin yaşamasına imkan yaradılsa bir çox problemlərin azalacağı düşünülür.

Ev dedikdə ağlınıza nə gəlir? Təhlükəsiz və nəfəs almaq üçün otaq? Yoxsa sizi qayğılardan uzaq tutan mənzil? Dünyanın bir çox yerində insanlar öz evinə sahib olmaq istəyir. Böyük həyəti olan bağ evi hamının arzusudur. Onların bir qədər kənarda yerləşməsi insanları şəhər qayğılarından uzaq tutur. Amma bu da avtomobildən istifadəni artırır.

Tədqiqatçıların fikrincə, belə evlər ətraf mühitin çirklənməsinə səbəb olur, həm də çox yer tutur. ABŞ-da 140 milyon mənzildən təxminən 85 milyonu həyət evidir. Xorvatiyada isə əhalinin 70%-i fərdi evlərdə yaşayır ki, bu da Avropada ən yüksək faizdir. Bu rəqəmlər planet üçün qorxuncdur.

Mütəxəssis Amata Jantarangse bildirir ki, bu gün orta sinif insanların evi qərb mədəniyyətindən bəhrələnir. “Yəni müasir, ingilis tərzli evlər bu gün yüksək status göstərir. Bu isə insanları belə evlər almağa və eyni tərzdə dizayn etməyə həvəsləndirir. Onların hansı tərzdə dizayn edilməsi mövzumuz deyil. Əsas məsələ bu tendensiyanın insanları dəbdəbəli evlər almağa təşviq etməsidir”.

Tədqiqatlar göstərir ki, tək ailə üçün ev tikmək hər kvadrat metrə təxminən 385 kilo CO2 buraxır. Binalar isə həyət evlərinə nisbətən 47%-ə qədər az enerji istifadə edir.

Ekspert Harley Etienin sözlərinə görə, bir adamın 500 kvadratlıq bir evdə yaşaması məntiqli deyil. “Əksəriyyət çox balaca mənzillərdə yaşayır. Əgər biz Manila, Honq-Konq və ya Banqladeşdəki evlərin inşasına baxsaq düşünərik ki, niyə dünyanın müəyyən yerlərində, məsələn Amerikada daha çox həyət evləridir? Ancaq bunun da öz səbəbləri var”.

Araşdırmalar göstərir ki, bir çox Amerika şəhərlərində bina evi tikmək qeyri-qanunidir. Məsələn, Kaliforniyanın San Xose şəhərində yaşayış sahəsinin 94%-i tək evlərlə rayonlaşdırılıb. Los-Ancelesdə bu, 75% təşkil edir.

2018-ci ildən başlayaraq Minnesotada rayonlaşdırmanı binalar üzərində qururlar. Artıq San Fransisko da bunu planlaşdırır. Bununla da dünyanın bəzi yerləri şəhərlərin genişlənməsini minimuma endirməyi bacarıb.

Bugün TV

Oxşar xəbərlər

Fevralın 17-də gözlənilən hava şəraiti

Aynur Camal

8 Mart Beynəlxalq Qadınlar Günü xəbərdarlıqdır, yoxsa simvolikdir?

Aynur Camal

İki ayrı silahlı döyüş: 2 yaralı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu