13 C
Baku
20 Aprel 2026, 17:25
Digər

Hazır yeməklər kişilərdə prostat xəstəliyi riskini artıra bilər

Yeni araşdırmaya görə, ultra emal olunmuş qidaların tez-tez istehlakı xoşxassəli prostat hiperplaziyası (BPH) – yəni prostatın böyüməsi ilə əlaqələndirilir. Bu xəstəlik milyonlarla kişiyə təsir edir və xüsusilə 45 yaşdan yuxarı şəxslər arasında geniş yayılıb.

Tədqiqatçılar 10 il ərzində 77 mindən çox kişinin qidalanma vərdişlərini analiz ediblər. Nəticələr göstərib ki, ultra emal olunmuş qidaların qəbulunda hər 10 faiz artım prostat böyüməsi riskini 4 faiz artırır. Əksinə, təbii və bitki mənşəli qidaların artımı bu riski 9 faiz azalda bilər.

Alimlər bildirir ki, hazır yeməklər, qazlı içkilər, qablaşdırılmış çörəklər və yüksək şəkər, duz, yağ tərkibli məhsullar orqanizmdə xroniki iltihab və maddələr mübadiləsi pozuntuları yarada bilər. Bu isə prostatın böyüməsinə səbəb olan əsas amillərdən hesab olunur.

Mütəxəssislər qeyd edir ki, bu araşdırma birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, ultra emal olunmuş qidaların prostat sağlamlığına mənfi təsir göstərdiyini ortaya qoyur.

Ekspertlər kişilərə sağlam qidalanmaya üstünlük verməyi, xüsusilə təbii və liflə zəngin qidaları artırmağı tövsiyə edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Nikol Paşinyan: “Qarabağ məsələsini bağlayırıq”

Aynur Camal

Məhəmməd Əsədullazadə: İslamabadda ikinci raund danışıqlar regionda gərgin fon yaradır

Aynur Camal

Elmə qarşı miflər: gündə 2 litr su içmək doğrudanmı lazımdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu