15.7 C
Baku
16 May 2025, 23:48
Baş xəbər

Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

Bugun.tv -xəbər verir ki, İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumrayon tədbiri təşkil olunub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat nümayəndələri, şəhid ailələri və ictimaiyyət fəalları iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində davam edən tədbir çərçivəsində Ulu Öndərə həsr olunmuş sərgiyə baxış keçirilib, onun həyat və fəaliyyətini əks etdirən film təqdim olunub. Tədbir iştirakçıları həmçinin Ümummilli Liderin sevdiyi mahnıları dinləyib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Aynur Camal

Oxşar xəbərlər

Toydan sonra bıçaqlı dava oldu: 1 ölü, 2 yaralı var

Bugün TV

 Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib 

Bugün TV

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu