Digər

Hitrou hava limanında sərnişin saxlanıldı

Bugun.tv “Independent”ə istinadla xəbər verir ki, hadisə nəticəsində bir sərnişin polis tərəfindən saxlanılıb. Ciddə-London marşrutu ilə hərəkət edən “Boeing 787” tipli təyyarə Hitrou hava limanına eniş etdikdən qısa müddət sonra sərnişinlərdən biri ekipaj üzvü ilə mübahisə edib, onu yumruqla vurub və daha sonra təyyarənin qapısını açmağa cəhd göstərib. Nəticədə pilotlar təcili yardım çağırıb, hadisə yerinə dörd yanğınsöndürən maşın, altı polis avtomobili və bir neçə təcili tibbi yardım briqadası cəlb olunub. Sərnişinin aqressiv davranışı digər insanlarda təşviş yaradıb, xüsusilə uşaqlı ailələr arasında qorxu hissi müşahidə olunub. Polis hadisə ilə bağlı sərnişini təyyarəni təhlükəyə atmaq şübhəsi ilə saxladığını təsdiqləyib.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu