Baş xəbər

İki məşhur opera ifaçısı “Kənd Namusu” tamaşasını ifa etdi

Bugün.tv- nin məlumatına görə, xalq artisti Fidan Hacıyeva və Əməkdar Artist Ramil Qasımov “Kənd Namusu” tamaşasında ifa edib.

Ötən gün Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında İtalyan bəstəkarı Pyetro Maskanyinin “Kənd namusu” tamaşası nümayiş olunub. Əsas rollarda Ramil Qasımov, Fidan Hacıyeva, Taleh Yahyayev, Səbinə Vahabzadə, Nina Makarova iştirak ediblər.

Tamaşanın rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Xalq Artisti Yalçın Adıgözəlov, Xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, Konsertmeysteri Rebekka Magomedovadır. Tamaşa tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, tamaşanın afişasında əsas rol ifaçısı kimi Azər Rzazadə qeyd edilib. Akademik Opera və Balet teatrının mətbuat katibi Şükufə Ağamirzəyevanın sözlərinə görə, tamaşaya bir gün qalmış ifaçının səsində problem yaranıb. Qısa zaman ərzində baş rolu əməkdar artist Ramil Qasımov ifa edib.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanlı alim Misirdə beynəlxalq münasibətlərə dair seminarda çıxış etdi

Aynur Camal

“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac və ting əkdi

Aynur Camal

Vüqar Bayramov TRIPP layihəsinin tikintisinin niyə yubandığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu