Bugun.tv xəbər verir ki, İtaliyada ilk dəfə bir uşağın doğum şəhadətnaməsində rəsmi şəkildə üç valideynin adı qeyd olunub. Bu qərarı Bari Apellyasiya Məhkəməsi qəbul edib.
Məlumata görə, söhbət Almaniyada doğulan dörd yaşlı oğlandan gedir. Uşağın bioloji anası uzun illərdir eynicinsli cütlüklə yaxın münasibətdə olan qadındır. Bioloji ata isə İtaliya və Almaniya vətəndaşı olan şəxslə evlidir. Sonradan həmin şəxs Almaniya qanunvericiliyinə uyğun olaraq uşağın ikinci valideyni kimi tanınıb.
Daha sonra ailə İtaliyanın Apuliya bölgəsinə köçərək Almaniyada verilmiş doğum şəhadətnaməsini yerli qeydiyyata saldırmağa çalışıb. Lakin yerli hakimiyyət orqanları surroqat analıq ehtimalını əsas gətirərək qeydiyyatdan imtina edib. Qeyd edək ki, surroqat analıq İtaliyada qadağandır.
Məhkəmə işi araşdırdıqdan sonra surroqat analıqdan istifadə olunmasına dair heç bir sübut aşkar etməyib. Həmçinin bioloji ananın uşağın ikinci atasının rəsmi tanınmasına etiraz etmədiyi müəyyən olunub.
Nəticədə Apellyasiya Məhkəməsi uşağın sənədlərində üç valideynin qeyd olunmasına icazə verib. Bu qərar İtaliyada ailə hüququ sahəsində əsas hesab olunur.
Bundan əvvəl isə Aleksandr Lukaşenko Belarusda homoseksual münasibətlərin, cins dəyişdirilməsinin və “childfree” ideologiyasının təbliği ilə bağlı məsuliyyət nəzərdə tutan qanunu imzalayıb.
Mənbə: mail.ru
