Dünya

İran dənizlərdəki çirklənməyə görə təzminat tələb edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Fars körfəzi və Oman dənizində son illərdə baş verən ekoloji çirklənmələrə görə təzminat ödənilməsini tələb edib.

Bəqayi sosial media hesabında paylaşdığı açıqlamada Hörmüz boğazı yaxınlığında yerləşən Qeşm adasının sahillərində neft çirklənməsini göstərən görüntülərin yayıldığını bildirib. Onun sözlərinə görə, ilkin araşdırmalar çirklənmənin mənbəyinin xarici yük gəmisi ola biləcəyini göstərir.

İran rəsmisi çirklənmənin Qeşm adasının üç sahil hissəsində və dənizin müəyyən ərazilərində aşkarlandığını qeyd edib. O, bu hadisənin Fars körfəzi və Oman dənizində son illərdə yaranan daha geniş ekoloji problemlərin yalnız görünən hissəsi olduğunu vurğulayıb.

Bəqayi bildirib ki, bölgənin su ehtiyatları və dəniz ekosistemi həm açıq, həm də gizli çirklənmə mənbələri səbəbindən ciddi zərər görüb. Onun iddiasına görə, bu vəziyyət İranın sahilyanı ərazilərinə “trilyonlarla dollar” həcmində ziyan vurub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü çirklənməyə görə kimin məsuliyyət daşıdığını sual edib. O, bölgədən ixrac olunan enerjidən istifadə edən ölkələrin, dəniz daşımalarını sığortalayan şirkətlərin, həmçinin Fars körfəzi və Oman dənizində hərbi əməliyyatlar aparan tərəflərin məsuliyyətinin araşdırılmasının vacibliyini bildirib.

Bəqayi vurğulayıb ki, Hörmüz boğazından kommersiya daşımaları həyata keçirən bütün tərəflərin Fars körfəzi və Oman dənizinə vurulan ekoloji zərərin aradan qaldırılmasında həm hüquqi, həm də mənəvi məsuliyyəti var.

Mənbə:  EnSonHaber⁠

Aynur Camal

Oxşar xəbərlər

40 yaşdan sonra bu qidalardan imtina etmək tövsiyə olunur – dietoloqdan xəbərdarlıq

Aynur Camal

İngiltərəni isti hava vurdu: İstehsal itkisinə görə 4,4 milyard funt sterlinq zərər

Aynur Camal

Alplərdə 99 illik icarəyə mağara: Zənginlər sərvətlərini yeraltı kassalarda qoruyur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu