Dünya

İran Hörmüz boğazındakı nəzarət zonasını 300 milə qədər genişləndirdiyini açıqladı

Bugun.tv xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında tətbiq edilən yeni müdafiə konsepsiyası çərçivəsində nəzarət zonasını əhəmiyyətli dərəcədə genişləndirib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin komandan müavini Məhəmməd Əkbərzadənin sözlərinə görə, əvvəllər boğaz ətrafında nəzərdə tutulan nəzarət zolağı 20-30 mil enində idi. Yeni strategiyaya əsasən isə bu ərazi artıq 200-300 mili, yəni təxminən 321-482 kilometri əhatə edir.

İranlı rəsmi bildirib ki, genişləndirilmiş zona Cask və Sirik şəhərlərindən başlayaraq Qeşm və Böyük Tunb adaları ətrafına qədər uzanır. O qeyd edib ki, Hörmüz boğazı artıq yalnız məhdud dəniz keçidi kimi deyil, daha geniş strateji müdafiə sahəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, aprelin 13-də ABŞ ordusu İrana qarşı dəniz blokadası tətbiq etdiyini açıqlamışdı. ABŞ Mərkəzi Komandanlığı İran limanlarına yönələn və ya ölkə sahillərindən çıxmağa çalışan gəmilərin hərəkətinə nəzarət ediləcəyini bildirmişdi.

Mayın 4-də isə ABŞ Hörmüz boğazında ticarət gəmilərinin keçidini təmin etmək məqsədilə “Azadlıq Layihəsi” adlı əməliyyata başladığını elan etmişdi. Daha sonra ABŞ Prezidenti Donald Trump əməliyyatın müvəqqəti dayandırıldığını açıqlamışdı.

Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada baş verən hərbi-siyasi gərginlik beynəlxalq bazarlara birbaşa təsir göstərir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Putin keçmiş müəlliminə özü sürücülük etdi

Aynur Camal

İlk dəfə uşağın doğum şəhadətnaməsində üç valideyn göstərildi

Aynur Camal

Həkim xəbərdarlıq etdi: Baş ağrısını özbaşına dərmanla keçirmək təhlükəli ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu