İsrail ordusunun Qəzzanın cənubunda məcburi köçkün fələstinlilərin çadırını bombalaması nəticəsində üçü uşaq olmaqla altı fələstinli həyatını itirib.
Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin Mavasi bölgəsində məcburi köçkün fələstinlilərin qaldığı çadırları hədəfə alıb.
Həkim qrupları İsrailin hücumunda həyatını itirən 3-ü uşaq olmaqla 6 nəfərin, yaralanan 12 nəfərin cəsədini xəstəxanalara çatdırıb.
İsrail ordusunun səhər saatlarından Qəzzanın müxtəlif bölgələrini hədəfə aldığı hücumlarda ölənlərin sayı 24-ə yüksəlib.
Atəşkəsi pozan İsrail ordusu Qəzzaya şiddətli hücumları bərpa edib.
Qatil İsrail ordusu yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra martın 18-i səhər zorakı hücumlarını bərpa edib.
Soyqırım törədən İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1449 fələstinli həyatını itirib, 3647 nəfər isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 50 min 810, yaralıların sayı isə 115 min 688-ə yüksəlib.
Atəşkəsi pozan İsrail, yeni atəşkəs təkliflərini rədd etdiyi səbəbiylə HƏMAS-a qarşı “artan hərbi güclə” hərəkətə keçəcəyini açıqlayıb.
HƏMAS isə “İsrail verdiyi vədlərə əməl etməyib və atəşkəsdə vasitəçilik edən ölkələr qarşısında öhdəliklərini yerinə yetirməyərək Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımını bərpa edib” deyib.
İsrailin Qəzzaya hücumlarını Baş nazir Binyamin Netanyahunun daxili kəşfiyyat agentliyinin direktoru Şin-Bet-in işdən çıxarılması kimi mübahisəli siyasi addımlarının kölgəsi altında başlatması diqqət çəkir.
Mənbə: TrtHaber