Baş xəbərHadisə

İsrail: Misirdə İsrail turist qrupuna hücumda 3 nəfər ölüb

Bugun.tv xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi Misirin İsgəndəriyyə şəhərində İsrail turist qrupuna açılan atəş nəticəsində 2 israilli turist və bir misirli bələdçinin həlak olduğunu açıqlayıb. İsrail Xarici İşlər Nazirliyi İsgəndəriyyə şəhərində baş verən silahlı hücumla bağlı yazılı açıqlama yayıb.

TRT Haber-in məlumatına görə, açıqlamada misirli bir şəxsin açdığı atəş nəticəsində 2 israilli turistin və bir misirli bələdçinin həyatını itirdiyi, bir İsrail vətəndaşının isə yaralandığı bildirilib. İsrail vətəndaşlarının ən qısa zamanda ölkəyə gətirilməsi üçün Misir rəsmiləri ilə əlaqə saxladıqları qeyd edilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Naxçıvan sahibkarları 10 il müddətinə bir sıra vergilərdən azad ediləcək

Aynur Camal

İspaniya və Avropa total günəş tutulmasına hazırlaşır

Aynur Camal

Naxçıvan Azərbaycanın yeni geosiyasi xəritəsində strateji qovşağa çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu