Digər

Kefir hipertoniklər və diabet xəstələri üçün faydalı hesab edildi

Alimlər məşhur süd məhsulu olan kefirin sağlamlıq üçün yeni faydalarını açıqlayıblar. Araşdırmalara görə, kefir yalnız həzm sisteminə deyil, həm də qan təzyiqi və şəkər səviyyəsinə müsbət təsir göstərir.

Ural Federal Universiteti alimlərinin apardığı tədqiqatlar göstərib ki, kefirin müntəzəm qəbulu qan təzyiqinin və qanda şəkərin səviyyəsinin azalmasına kömək edir. Araşdırmanın nəticələri Food Production, Processing and Nutrition nəşrində dərc olunub.

Məlumata görə, kefir tərkibində yaranan xüsusi peptidlər sayəsində damarların genişlənməsinə təsir edən hormonları aktivləşdirir. Eyni zamanda bu maddələr orqanizmdə duz və suyun saxlanmasına səbəb olan hormonun səviyyəsini azaldaraq arterial təzyiqin düşməsinə şərait yaradır.

Alimlər həmçinin müəyyən ediblər ki, kefir barorefleks həssaslığını yaxşılaşdırır. Bu mexanizm qan təzyiqinin və ürək döyüntüsünün tənzimlənməsində mühüm rol oynayır. Bundan əlavə, içki ürək fəaliyyətini tənzimləyən sinir sisteminə də müsbət təsir edir.

Kefirin digər mühüm xüsusiyyəti isə qanda şəkərin səviyyəsini tənzimləməsidir. Onun tərkibindəki laktobakteriyalar və bifidobakteriyalar şəkərin emalını sürətləndirir və qarın nahiyəsində toplanan piylərin azalmasına kömək edir.

kefir faydaları, diabet üçün kefir, hipertoniyaya qarşı qidalar, qan şəkərini azaldan məhsullar, təzyiqi salan qidalar, probiotik içkilər, sağlam qidalanma, immunitet gücləndirən qidalar

Aparılan təcrübələr zamanı müəyyən olunub ki, kefir insulinə həssaslığı artırır və qanda şəkərin uzunmüddətli göstəricisi olan qlikohemoqlobini aşağı salır. 2-ci tip diabetdən əziyyət çəkən şəxslər üzərində aparılan müşahidələr də göstərib ki, dərmanlarla yanaşı kefir qəbul edənlərin analiz nəticələri daha yaxşı olub.

Bununla belə, mütəxəssislər bildirirlər ki, kefirin diabet müalicəsində əlavə vasitə kimi geniş tətbiqi üçün daha çox tədqiqat aparılmalıdır. Çünki onun təsiri istifadə olunan süd növündən, fermentasiya prosesindən və bakterial tərkibindən asılı olaraq dəyişə bilər.

Araşdırmaçılar buna baxmayaraq, kefirin bağırsaq fəaliyyətini yaxşılaşdırmaq və immuniteti gücləndirmək üçün gündəlik qida rasionuna daxil edilməsini tövsiyə edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Keçmiş səfir Qüdsdə rahibəyə hücumu “yəhudi terrorizmi” adlandırdı

Aynur Camal

Tramp CNN və New York Times-ı İran müharibəsinin işıqlandırılmasına görə tənqid edib

Aynur Camal

ABŞ-İsrail–İran gərginliyi: mümkün “son zərbə” planları müzakirə olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu