12 C
Baku
30 Aprel 2026, 21:05
Digər

Pu-er çayında bağırsaqlar üçün faydalı maddə aşkarlandı

Alimlər məşhur pu-er çayının tərkibində bağırsaq sağlamlığı üçün mühüm faydaları olan maddə müəyyən ediblər. Araşdırmaya görə, bu çayın fermentasiya prosesində yaranan teabraunin birləşməsi bağırsaqları iltihabdan qorumağa və onun müdafiə funksiyalarını bərpa etməyə kömək edir.

Zhejiang Universiteti tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələri Food & Function jurnalında dərc olunub. Bildirilir ki, teabraunin pu-er çayının uzunmüddətli mikrobioloji fermentasiyası zamanı yaranan bioaktiv birləşmədir.

Təcrübələr zamanı bağırsağın xroniki iltihabi xəstəliyi olan xoralı kolit modeli yaradılmış siçanlar üzərində aparılan testlər göstərib ki, teabraunin selikli qişanın zədələnməsini azaldır, çəki itkisinin qarşısını alır və ümumi vəziyyəti yaxşılaşdırır.

Alimlər bu təsiri bağırsağın baryer funksiyasının bərpası ilə əlaqələndirirlər. Belə ki, teabraunin bağırsaq divarında qoruyucu qat yaradan selik ifraz edən hüceyrələri aktivləşdirir və bununla da patogenlərin və toksinlərin orqanizmə daxil olmasının qarşısını alır.

Bundan əlavə, maddənin bağırsaq mikrobiotasına da müsbət təsir göstərdiyi müəyyən edilib. Araşdırma nəticəsində faydalı bakteriyaların sayının artdığı, iltihabla əlaqəli mikroorqanizmlərin isə azaldığı müşahidə olunub.

Tədqiqatçılar hesab edirlər ki, teabraunin gələcəkdə funksional qidalanmada perspektivli komponent kimi istifadə oluna bilər. Lakin araşdırma hələ klinik mərhələyə çatmadığı üçün bu təsirlərin insan orqanizmində tam təsdiqi üçün əlavə tədqiqatlara ehtiyac var.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İsveçrədə 117 min kvadratmetrlik əraziyə pulsuz sahib oldu, özünü “kral” elan etdi

Aynur Camal

Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirdi: 1500 km uzaqlıqdakı neft obyektində yanğın baş verdi

Aynur Camal

Yapon alimlər ürəyin qocalmasını ləngidən üsul kəşf edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu