Dünya

Kim Çen Inın yeni hərbi gəmisi istifadəyə verildi

Şimali Koreya lideri Kim Çen In ölkənin dəniz qüvvələrinin gücləndirilməsi proqramı çərçivəsində 5 min tonluq “Choe Hyon” esminesinin rəsmi olaraq xidmətə qəbul edildiyini açıqlayıb.

Nampo limanında keçirilən mərasimdə çıxış edən Kim Çen In bildirib ki, yeni döyüş gəmisi Şimali Koreyanın donanmasını nüvə silahları ilə təchiz etmək planının uğurla həyata keçirildiyini göstərir. Onun sözlərinə görə, gəmi ölkənin qərb sahillərinin müdafiəsində mühüm rol oynayacaq.

Mərasim zamanı “Choe Hyon” esminesinin hava hücumundan müdafiə və gəmi əleyhinə raket sistemləri, eləcə də nüvə başlığı daşımaq qabiliyyətinə malik ballistik və qanadlı raketlərlə təchiz edildiyi bildirilib.

Kim Çen In gələcək illərdə 10 min tonluq strateji döyüş gəmilərinin də inşa edilərək suya buraxılmasının planlaşdırıldığını vurğulayıb. O, yeni esminesi Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.

Mənbə: ApNews

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu