30 C
Baku
19 İyul 2024, 13:07
Baş xəbərSiyasət

Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib

Bugun.tv xəbər verir ki, bu gün Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

Toplantı iştirakçıları birgə foto çəkdirdilib.

X X X

Paytaxt Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.

Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələri müzakirələr zamanı bərabər səslə təmin edən nadir və misilsiz platforma olan “Avropa siyasi birliyi”nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

“Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı Moldovanın tarixində ən böyük beynəlxalq tədbirdir.

Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Sergey Lavrov: “Rusiya Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə kömək edəcək”

Nigar Məmmədova

ABŞ İsrail və Livana xüsusi nümayəndə göndərdi

İntizar Əmirova

III səviyyə biotəhlükəsizlik laboratoriyası və vivarium kompleksi yaradılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu