Image default
Dünya

Kiyevə kütləvi hava zərbələri endirildi, ölən və yaralananlar var

Bugun.tv xəbər verir ki, Rusiya ordusu gecə saatlarından etibarən Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hava hücumu həyata keçirib.

Ukrayna rəsmilərinin məlumatına görə, hücum nəticəsində ilkin məlumata əsasən 13 nəfər həlak olub, 86 nəfər yaralanıb. Xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirir.

Kiyev meri Vitali Kliçko bildirib ki, hücum zamanı şəhərin müxtəlif rayonlarında yaşayış binaları və digər mülki obyektlər zərər görüb. Hadisə yerlərində fövqəladə xidmət əməkdaşlarının işi davam edir.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko yaralıların xəstəxanalara yerləşdirildiyini, ölənlərin sayının arta biləcəyini istisna etməyib.

Ukrayna Hərbi Hava Qüvvələri isə Rusiyanın təkcə Kiyevi deyil, ölkənin digər bölgələrini də raket və PUA-larla hədəfə aldığını açıqlayıb. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri bir sıra istiqamətlərdə işə salınıb.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumla əlaqədar İrlandiyaya səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdıb.

Rusiya Müdafiə Nazirliyi isə hücumun Ukraynanın Rusiyanın mülki infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyini bildirib. Nazirliyin açıqlamasında Kiyev ətrafındakı hərbi və enerji obyektləri, həmçinin Poltava və Dnepropetrovsk vilayətlərindəki hərbi aerodromların hədəf alındığı qeyd olunub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın gecə hücumları Ukraynada yeni itkilərə səbəb oldu, Kiyevdə matəm elan edildi

Aynur Camal

Fransa, Belçika və Niderlandda istilər 3700-dən çox əlavə ölümə səbəb oldu

Aynur Camal

Rusiyanın Novorossiysk şəhərində benzin qıtlığı yarandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu