Baş xəbərDünya

Konqoya hücum zamanı ondan çox adam öldürüldü

“Düşmən ADF (Müttəfiq Demokratik Qüvvələr) cümə günü axşam saat 4 radələrində  Enebula kəndi yaxınlığında fermerlərə pusqu qurdu”, – yerli vətəndaş cəmiyyətinin lideri Patrick Mukohe telefonla AFP-yə bildirib.

Enebuladan bildirilib ki, Şimali Kivu əyalətindəki Oicha şəhərindən təxminən 30 kilometr qərbdə, qırğın yerində 21 kişi və qadın cəsədi tapılıb.

Mənbələr üsyançıların İslam Dövləti cihadçı qruplaşmasına aid olduğunu deyib.

Regional hərbi inzibatçı Çarlz Ehuta Omeanqa isə “ADF (Müttəfiq Demokratik Qüvvələr) terrorçuları”na aid etdiyi hücumu təsdiqləsə də, bu barədə dəqiq məlumat vermək iqtidarında olmadığını bildirib.

Xatırladaq ki, əslən Uqandada olan üsyançılar olan ADF qrupu  1990-cı illərdə Konqo Demokratik Respublikasının şərqində möhkəmləndi və o vaxtdan bəri minlərlə dinc sakini öldürməkdə günahlandırılaraq, qanundankənar qüvvələr arasında ən ölümcül qrupa çevrilib.

Ötən ay ABŞ ADF lideri Seka Musa Baluku ilə bağlı məlumat üçün 5 milyon dollara qədər mükafat təklif etmişdi.

Mənbə: france24

Aynur Camal

Oxşar xəbərlər

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Aynur Camal

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Aynur Camal

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu