Baş xəbərDünya

Kvant rabitəsində dünya rekordu qırıldı

Çinli alimlərin rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupu, peyk vasitəsilə Çin və Cənubi Afrika arasında 12 min 900 metr məsafədən kvant rabitəsi həyata keçirərək bu sahədə rekord qırıb.

Çin Texnologiya və Elm Universitetinin tədqiqatçıları Jinan-1 texnoloji sınaq peykindən istifadə edərək, Çindəki yer stansiyasından Cənubi Afrikadakı yer stansiyasına qədər real vaxt rejimində kvant açarlarının paylanması (QKD) həyata keçirməyə müvəffəq olublar.

Nəticələri “Nature” jurnalında dərc edilən təcrübədə tədqiqatçılar şifrlənmiş siqnalları 12 min 900 kilometr uzaqlığa köçürüb və dünyanın ən uzun məsafəli təhlükəsiz kvant rabitəsinə nail olublar.

Təcrübə qlobal miqyasda təhlükəsiz kvant rabitəsi potensialını nümayiş etdirdiyi üçün yenilikçi hesab olunur.

Çin Texnologiya və Elm Universitetinin tədqiqatçıları 2022-ci ildə 833 kilometr fiber optik kabel üzərində kvant açarı paylanması həyata keçirərək bu sahədə rekord qırıblar.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

ABŞ ordusuna İranla bağlı mümkün hücumlara hazır olmaq tapşırıldı

Aynur Camal

Alimlər tamamilə yeni saat növü hazırlayıblar: Zaman nüvə ilə ölçüləcək

Aynur Camal

2026-cı il Nobel Kimya Mükafatının qalibləri açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu