Baş xəbərDünya

La-Manş boğazında miqrant faciəsi

La-Manş boğazında qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində bir körpə ölüb, 65 nəfər xilas edilib.

Fransadan Almaniyaya keçməyə çalışan qeyri-qanuni mühacirləri daşıyan qayıq Fransanın şimalındakı Wissant sahillərində batıb.

Səlahiyyətlilər bəziləri dənizə düşmüş 65 nəfərin xilas edildiyini və bir körpənin öldüyünü açıqlayıb.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Bildirilib ki, qayıq həddindən artıq yüklənib, ona görə də batmış ola bilər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Sentyabrın 3-də Fransa sahillərində qayığın batması nəticəsində 6-sı uşaq olmaqla 12 nəfər həlak olub.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu